“Rabitə”nin sifariş ərizəsi - FOTO
11.11.2010 - 00:03
“Rabitə”nin sifariş ərizəsi - FOTO
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Rabitə” sifariş ərizəsini Avropa Voleybol Konfederasiyasına (CEV) göndərib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Dejan Brdjoviç heyətə 18 voleybolçunun adını daxil edib. 7 ölkənin üzvlərinin yer aldığı siyahıda ölkəmizin 7 voleybolçusu var. Komandada Azərbaycandan sonra serblər üstünlük təşkil edirlər.

“Rabitə” klubunun heyəti
Natalya Məmmədova, Mədinə Əliyeva, Aytən Əlizadə, Fatimə Qəhrəmanova, Yana Kuznetsova, Məlahət Surxayeva, Nigar Vəliyeva (hamısı Azərbaycan), Olqa Ativi (Latviya), Mirela Deliç (Xorvatiya), Boyana Doqanjiç, Mira Qoluboviç, Nataşa Krsmanoviç, Silviya Popoviç, Sanya Staroviç (hamısı Serbiya), Lidiya Dyaçenko, İrina Jukova (hər ikisi Ukrayna), Diana Nenova (Bolqarıstan) və Kimberli Qlass (ABŞ).

Xatırladaq ki, noyabrın 24-də qitənin ən mötəbər yarışında debüt edəcək “rabitəçilər” Rumıniyanın “Dinamo-Romprest”, Polşanın “Aluprof” və İtaliyanın “Skavolini” klubları ilə eyni qrupda yer alıblar.
0