“Lokomotiv”in “Çelenc Cup”da oyunlarının vaxtı müəyyənləşdi
12.11.2010 - 10:42
“Lokomotiv”in “Çelenc Cup”da oyunlarının vaxtı müəyyənləşdi
Azərbaycanı “Çelenc Cup”da təmsil edəcək “Lokomotiv” voleybol klubunun Rusiya “Omiçka”sı ilə oyunlarının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, mübarizəyə II təsnifat mərhələsindən başlayacaq paytaxt təmsilçisinin ilk qarşılaşması dekabrın 9-da səfərdə baş tutacaq. Cavab görüşü isə dekabrın 15-də Bakıda keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Super Liqasının gümüş mükafatçısı bu qarşılaşmaya və ölkə çempionatına hazırlığın son mərhələsini Türkiyədə davam etdirir.
0