Oksana Parxomenko: Mənim üçün yalnız gəlinlik paltarını seçmək qalır
12.11.2010 - 16:41
Oksana Parxomenko: Mənim üçün yalnız gəlinlik paltarını seçmək qalır
“Nişan mərasimimiz yayda oldu. Gələcək həyat yoldaşım Onat Kurt və yaxınları Bakıya gələrək, ailəmizlə tanış oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri voleybol üzrə Azərbaycan yığmasının kapitanı Oksana Parxomenko deyib.

Moskvanın “Dinamo” klubunda çıxış edən 26 yaşlı voleybolçu bildirib ki, artıq toyun vaxtı müəyyənləşib: “Toyumuz gələn ilin iyununda Türkiyədə keçirəcəyik. Toyun bütün təşkilatı işləri ilə Onatın anası məşğul olur. Onun zövqünü bəyənirəm və bilirəm ki, hər şeyin ən yaxşısını həyata keçirəcək. Mənim üçün isə yalnız gəlinlik paltarını seçmək qalır”.

Qeyd edək ki, Onat “Dinamo”nun statistika üzrə məşqçisidir. Onlar paytaxt klubunda birlikdə ötən il Rusiya kubokunun sahibi olublar və çempionatı gümüş medalla başa vurublar.
0