Bizimkilər seyrçi rolunda
15.11.2010 - 00:07
Bizimkilər seyrçi rolunda
Türkiyə basketbol çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur Azərbaycan yığmasının üzvlərinin mübarizə apardığı “Türk Telekom” üçün uğurlu olmayıb.

Ankara klubu doğma divarlar arasında “Pinar Karşiyaka”ya 78:96 hesabı ilə uduzub. Qarşılaşmada milli komandamızın aparıcı oyunçuları Rasim Başak və Aleksandr Rindın forma geyinməyiblər. Onlarla yanaşı, “Türk Telekom”da çıxış edən həmyerlimiz Orxan Hacıyeva da matçı kənardan izləyib.

“Banvitspor”un şərəfini qoruyan yığmamızın milliləşdirilmiş legioneri Çarlz Devisin komandası isə turu qələbə ilə başa vurub. Təmsilçimiz “Erdemirspor”la qarşılaşmada klubuna 10 xal qazandırıb və “Banvitspor”un rəqibi 88:72 hesabı ilə məğlub etdiyi matçda ən yaxşılardan olub.

Qeyd edək ki, 4 turdan sonra “Türk Telekom” 5 xalla 13-cü, “Banvitspor” isə 7 xalla 3-cüdür.
0