Millimizin üzvləri uduzdular
15.11.2010 - 11:48
Millimizin üzvləri uduzdular
Həndbol üzrə kişilər arasında Türkiyə Super Liqasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvləri - Eldar Fərəcov, Emin Aydəmirov, Kamran Alxazov və Sergey Georgevskinin forma geyindikləri “Trabzonspor” “İzmir Böyükşəhər Bələdiyyəsi”nin qonağı olub.

Son turda qələbə qazanan “bordo-mavililər” bu dəfə eyni uğuru təkrarlaya bilməyiblər. Onlar 26:33 hesabı ilə məğlub olublar. Qarşılaşmada milli komandamızın 4 üzvü də forma geyinib və onlar birlikdə 15 dəfə fərqləniblər. Bunlardan 8-i Georgevskinin, 4-ü Fərəcovun, 2-si Alxazovun və 1-i Aydəmirovun payına düşüb.

Qeyd edək ki, bu görüşdən sonra aktivində 6 xalı olan “Trabzonspor” 7-ci pillədə qərarlaşıb.
0