Azərbaycan çempionuna “atıb”, “Beşiktaş”a keçdi
15.11.2010 - 12:04
Azərbaycan çempionu “Rabitə”nin yayda transfer etdiyi rusiyalı dünya çempionu Natalya Kulikova gözlənilmədən Türkiyədə peyda olub. Apasport.az saytının məlumatına görə, paytaxt klubunun heyətində rəsmi matçlarda debüt etməyən voleybolçu qonşu ölkənin “Beşiktaş” komandası ilə rəsmi müqaviləyə imza atıb.
28 yaşı olan və 190 sm boya malik Kulikova növbəti 1 ildə “qara qartallar”ın şərəfini qoruyacaq. Maraqlıdır ki, türkiyəli həmkarlarımız da voleybolçunun məhz “Rabitə”dən transfer edildiyini yazıblar.
Qeyd edək ki, Kulikova ölkəmizi Çempionlar Liqasında təmsil edəcək komandanın Bakıda keçirilən təlim-məşq toplanışına qatılmışdı.

0
0