“Rabitə” Natalya Kulikovanın komandadan ayrılmasına münasibət bildirdi
15.11.2010 - 12:52
“Rabitə” voleybol klubu Natalya Kulikovanın “Beşiktaş”la müqavilə bağlamasına münasibət bildirib. Paytaxt komandasından apasport.az saytına verilən məlumatına görə, yayda transfer olunan və avqustdan Azərbaycan çempionu ilə birgə hazırlaşan voleybolçunun Türkiyə klubuna keçidi Rusiya Voleybol Federasiyasının (RVF) onun Çempionlar Liqasında oynaması üçün lisenziya verməməsi səbəbindən baş verib.
Voleybolçu ilə klub arasında heç bir problem olmayıb. Belə ki, RVF Kulikovanın yalandan başqa kluba məxsus olduğunu əsas gətirərək, Azərbaycan çempionundan yüksək məbləğdə pul istəyiblər. Bunun düzgün olmadığını bildirən “Rabitə” isə həmin məbləği ödəməkdən və Kulikovadan imtina edib.
Qeyd edək ki, rusiyalı voleybolçu “Rabitə”nin hazırlığında iştirak etməklə yanaşı, beynəlxalq turnirlərdə də komandanın heyətində mübarizə aparıb.

0
0