Dünya çempionatında “İqtisadçı”nın voleybolçuları fərqləndilər - FOTO
15.11.2010 - 14:23
Dünya çempionatında “İqtisadçı”nın voleybolçuları fərqləndilər - FOTO
Voleybol üzrə qadınlar arasında başa çatan dünya çempionatının ən yaxşılarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, mundialda fərqlənənlər sırasında Azərbaycan Super Liqasında çıxış edəcək voleybolçular da yer alıblar.

Belə ki, Yaponiya yığması ilə bürünc medal qazanan “İqtisadçı”nın üzvü Yuko Sano ən yaxşı liberolar arasında II olub. O, yalnız amerikalı Stasi Sikoradan geri qalıb.

“İqtisadçı”nın digər üzvü Katlin Ueiss isə top paylayıcıların mübarizəsində 4-cü yeri tutub. Almaniyalı voleybolçunu Vey Qiuyue (Çin), Yoşie Takeşita (Yaponiya) və Alişa Klass (ABŞ) qabaqlayıblar.

Qeyd edək ki, Yaponiyada keçirilən dünya çempionatında Azərbaycan klublarından 10 voleybolçu 7 ölkənin heyətində mübarizə aparırdı.
0