“Rabitə” voleybolçularına qovuşur
16.11.2010 - 20:11
“Rabitə” voleybolçularına qovuşur
“Rabitə” klubunun dünya çempionatında mübarizə aparan voleybolçularının Bakıya gəlmə tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, mundialda Serbiya yığmasının heyətində çıxış edən Nataşa Krsmanoviç və Silviya Popoviç noyabrın 19-da baş məşqçi Dejan Brdjoviçin sərəncamında olacaq. Paytaxt klubunun digər xorvatiyalı voleybolçusu Mirela Deliç isə artıq komandanın məşqlərinə qatılıb.
0