Yığmamız Ukrayna və Belarusla oynayacaq
18.11.2010 - 17:55
Yığmamız Ukrayna və Belarusla oynayacaq
Noyabrın 23-25-də Kiyevdə qadınlar arasında həndbol üzrə “Turçin kuboku” keçiriləcək. Apasport.az saytının məlumatına görə, ikiqat Olimpiya çempionu İqor Turçinin xatirəsinə həsr olunmuş yarışda Ukrayna, Belarus və Litva yığmaları ilə yanaşı, Azərbaycan milli komandası da qüvvəsini sınayacaq.
Həndbolçularımız Kiyevdə ilk görüşlərini ev sahiblərinə qarşı keçirəcəklər. İkinci qarşılaşmada Belarus yığmasını sınağa çəkəcək Rəfiqə Şabanovanın yetirmələri son oyunda litvalı həmkarları ilə mübarizə aparacaqlar.

23 noyabr
Azərbaycan - Ukrayna
Belarus – Litva

24 noyabr
Belarus – Azərbaycan
Litva - Ukrayna

25 noyabr
Azərbaycan - Litva
Belarus – Ukrayna
0