“Rabitə” Rumıniyaya qələbə ilə yollanır
22.11.2010 - 11:45
“Rabitə” Rumıniyaya qələbə ilə yollanır
Çempionlar Liqasına hazırlaşan “Rabitə” voleybol klubu 2 yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, ilk dəfə meydana tam heyətlə çıxan Dejan Brdjoviçin yetirmələrinin rəqibi paytaxtın “İqtisadçı” komandası olub.

Birinci oyun “rabitəçilər”in tam üstünlüyü şəraitində keçib. Rəqib komandanın dünya çempionatında iştirak etmiş voleybolçuları – Alisa Blom, Katlin Ueiss və Yuko Sanonun qarşılaşmada yer almaması Azərbaycan çempionunun 4:0 (25:21, 25:20, 25:19, 25:17) hesablı qələbəsi ilə yekunlaşıb.

İkinci qarşılaşmada isə yaponiyalı libero - Sanonun heyətdə yer alması oyunda mübarizəni gərginləşdirib. Artıq müdafiədə inamlı təsir bağışlayan Rəşad Yazıçıoğullarının yetirmələri yalnız həlledici setdə məğlub olublar – 2:3 (25:19, 17:25, 25:22, 16:25, 12:15).

2 matçın nəticəsinə görə, “Rabitə”də ən çox xalı Natalya Məmmədov (38), “İqtisadçı”da isə Riikko Lehtonen (34) qazanıblar.

Qeyd edək ki, “Rabitə” Çempionlar Liqasında birinci oyununu noyabrın 24-də səfərdə Rumıniyanın “Dinamo-Romprest” klubuna qarşı keçirəcək.
0