Basketbolçularımız Türkiyədə qələbə qazandılar
22.11.2010 - 12:18
Basketbolçularımız Türkiyədə qələbə qazandılar
Kişi basketbolçular arasında Türkiyə çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yığmamızın üzvlərinin çıxış etdiyi “Banvitspor” və “Türk Telekom” turu qələbə ilə başa vurublar.

Çarlz Devisin şərəfini qoruduğu “Banvitspor” çempionatın liderlərindən olan “Pinar Karşıyaka”ya minimal - 71:70 hesabı ilə qalib gəlib. Komandasının 3 ən yaxşı basketbolçusundan biri olan milliləşdirilmiş amerikalı basketbolçu klubuna 13 xal qazandırıb.

“Türk Telekom”un şərəfini qoruyan basketbolçularımızdan bu dəfə də Rasim Başak və Orxan Hacıyev meydana çıxıblar. Onların müvafiq olaraq, komandalarına 7 və 2 xal qazandırdıqları qarşılaşmada Ankara klubu “TOFAŞ”ı səfərdə 71:67 hesabı ilə məğlub edib. Yığmamızın digər üzvü Aleksandr Rindın isə yenə də debüt etmək imkanı qazanmayıb.

Qeyd edək ki, 6 turdan sonra “Banvitspor” xalını 11-ə çatdıraraq 3-cü yerə yüksəlib. Aktivində 8 xalı olan “Türk Telekom” isə 10-cu pillədə qərarlaşıb.
0