Millimizin üzvü Türkiyədə qırmızı vərəqə ilə cəzalandırıldı
22.11.2010 - 13:44
Millimizin üzvü Türkiyədə qırmızı vərəqə ilə cəzalandırıldı
Həndbol üzrə kişilər arasında Türkiyə Super Liqasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvləri - Eldar Fərəcov, Emin Aydəmirov, Kamran Alxazov və Sergey Georgevskinin forma geyindikləri “Trabzonspor” “Böyükşəhər Bələdiyyə Ankaraspor”la qarşılaşıb.

Son turda məğlub olan “bordo-mavililər” bu dəfə də meydanı başıaşağı tərk ediblər. Trabzonlular rəqiblərinə 29:31 hesabı ilə uduzublar. Görüşdə milli komandamızın 3 üzvü iştirak edib. Onlardan Georgevski 9, Aydəmirov və Fərəcov isə hərəyə 1 xal dəfə rəqib qapısına yol tapıb. Maraqlıdır ki, yenə də “Trabzonspor”un bombardiri olan Sergey matçda digər “qəhrəmanlıqla” da yadda qalıb. O, qarşılaşmanı qırmızı vərəqə ilə başa vurub.

Qeyd edək ki, bu görüşdən sonra aktivində 3 qələbə qazanan və 3 dəfə məğlub olan “Trabzonspor” 7-ci pillədə qərarlaşıb.
0