Lipanın arzusu
23.11.2010 - 14:41
“Bu mövsüm ciddi uğurlara imza atmaq istəyirik. Avropanın aparıcı komandalarının iştirakı ilə keçirilən turnir bizim üçün də vacibdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın “Dinamo-Romprest” voleybol klubunun prezidenti Yelizaveta Lipa deyib.
Çempionlar Liqasında “Rabitə” ilə eyni qrupda yer alan komandanın rəhbəri Lipa bildirib ki, voleybolçularına ümidləri böyükdür: “Komandamızın real gücü beynəlxalq oyunlarda müəyyənləşəcək. Bu mövsüm kifayət qədər güclü heyətimiz var. Fikirləşirəm ki, Çempionlar Liqasında bizi gərgin rəqabət gözləyir. Komandaya ümidimiz hədsizdir. Voleybolçularımız əla perspektiv vəd edirlər. Ən əsası ilk görüşə - Azərbaycan çempionu ilə oyuna qələbə ilə başlamaq istəyirik. Həmişə birinci matç növbəti oyunlarda iştiraka öz təsirini göstərir. Burada azarkeşlərin dəstəyi də mühüm rol oynayacaq”.

0
0