Adnan Kistak: Biz hələ komanda formalaşdırırıq - MÜSAHİBƏ
23.11.2010 - 17:57
“Şahdağ-Şirvan” voleybol klubunun baş məşqçisi Adnan Kistakın apasport.az saytına müsahibəsi
- Azərbaycan Super Liqasının startına cəmi 1 həftə vaxt qalır. Hazırlıqlar necə gedir?
- Təlim-məşq toplanışımız davam edir. Çalışırıq ki, çempionata hazır olaq. Çünki uzun marafon olacaq və gərgin mübarizə gedəcək. Bunun üçün Azərbaycan Voleybol Federasiyasının zalında gündə 2 dəfə məşq keçirik.
- Sizdən fərqli, çempionatda mübarizə aparacaq digər 5 komanda ölkə xaricində təlim-məşq toplanışı keçirdilər və yoldaşlıq görüşlərində güclərini yoxladılar. Lakin sizin klub ancaq Voleybol Federasiyasının zalında qərarlaşdınız...
- Bizim komanda cəmi 1 aydır yaranıb. Digərləri isə bir neçə ildir mübarizə aparırlar. “Şahdağ-Şirvan” hər şeyə sıfırdan başlayıb. Belə bir klub nə qədər hazırlıq keçməlidir? Biz hələ komandanı formalaşdırırıq. Bilirik ki, çempionat bizim üçün çətin olacaq. Buna baxmayaraq, bütün səylərimizlə çalışırıq. Yaponiyada keçirilən dünya çempionatı da əleyhimizə oldu. Maraqlandığımız voleybolçular ölkələrinin yığmalarında mübarizə apardıqlarından düşərgəmizə gələ bilmədilər. İndi isə Peru, Qazaxıstan, Kanada, Xorvatiya və ABŞ-dan baxışa çağırmaq istədiyimiz oyunçular viza problemi ilə üzləşiblər. Onların gəlmələrində ləngimələr baş verir. Təbii ki, bu da bizim ziyanımızdır.
- Komandanız üçün birdən-birə Super Liqa oyununa çıxmaq da çətin olacaq. Hələ bir klub kimi yoxlama görüşündə də qüvvənizi sınamamısınız...
- Düzdür, yoldaşlıq görüşləri keçirə bilməmişik. Bu klublarımızın Antalyada, İstanbulda olmasından irəli gəlir. Yalnız 1 dəfə “İqtisadçı” ilə qüvvəmizi sınamışıq. Ötən həftə keçirilən görüşdə də rəqib 3:1 hesabı ilə qalib gəlib.
- Bəs çempionatda hansı yerlər uğrunda mübarizə aparacaqsınız?
- Bizimlə müqayisədə digər 5 klubun Super Liqaya hazır olduğunu deyə bilərəm. Onlar transferlərini vaxtında etdilər. Bizdə isə fərqli oldu. Bu mövsüm Super Liqada əsas məqsədimiz gənclərin oyun təcrübəsini artırmaq və gələcəyin komandasını qurmaq olacaq. İllər ötdükcə iddialarımız da artacaq. Fikrimcə, tezliklə lazımı formada olacağıq. Hazırda yolunu gözlədiyimiz əcnəbilər gəldikdən sonra hər şey yoluna düşəcək. 2 bolqar və 1 polşalı voleybolçu hazırlıq dövrü düşərgəmizdə yer alıb. Digərlərinin də uyğunlaşması üçün bir balaca zamana ehtiyacımız olacaq.
- Lakin həftəsonu Bakıya gəlməsi gözlənilən legionerlərin ilk turda oynaması çətindir. Bunun üçün birinci oyununuzun təxirə salınması mümkündürmü?
- Xeyr. Belə olacağı mümkün deyil. Heyətimizdə olan voleybolçularla çıxıb oynayacağıq. Turlar ötdükcə yenilər də komandamıza adaptasiya olacaq.
- Bəs bu mövsüm hansı komandanı çempionluğa namizəd hesab edirsiniz?
- Məncə, birincilik uğrunda əsas mübarizə “Azərreyl” və “Rabitə” arasında gedəcək. Bu klublar çox güclüdürlər. Ancaq “Lokomotiv”i də siyahıdan silmək olmaz. Bir sözlə, Azərbaycan voleybolsevərləri gözlədikləri oyunlara bu dəfə tamaşa edə biləcəklər.
Tahir HÜMMƏTOV

0
0