23-cü sınaq, yaxud Çempionlar Liqasında debüt
24.11.2010 - 00:03
“Rabitə” voleybol klubu Çempionlar Liqasında debüt etməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, qitənin ən mötəbər yarışına qatılacaq Azərbaycan çempionu buna qədər Avropa Voleybol Konfederasiyasının bayrağı altında keçirilən CEV kuboku və “Çelenc Cup”da mübarizə aparıb.
Paytaxt təmsilçisi səviyyəsinə əsasən II və III olan bu turnirlərdə müəyyən uğura imza atıb desək, yanılmarıq. Çünki 2007/2008-ci illər mövsümündə CEV kubokunda debüt edən “Rabitə” mübarizəni 1/8 finalda dayandırsa da, 2 il sonra analoji yarışın bürünc medalına sahib olub.
2008/2009-cu illər mövsümündə isə “Rabitə” “Çelenc Cup”da 1/4 finala kimi irəliləməyi bacarıb.
Çempionlar Liqası çərçivəsində Rumıniyada “Dinamo-Romprest”lə qarşılaşma paytaxt klubunun Avropada 23-cü sınağı olacaq. Onlar bundan öncə beynəlxalq arenalarda keçirdikləri 22 rəsmi oyuna çıxıblar ki, burada da qələbə və məğlubiyyət sayları bərabərdir – 11:11.
Maraqlıdır ki, CEV kuboku və “Çelenc Cup”da da “Rabitə”də balans eynidir. I yarışda 10 matça çıxan komandamız bunların 5-də rəqibə qalib gəlməyi bacarıb. “Çelenc Cup”da isə 12 qarşılaşmadan yarısında 2 xal qazanan “rabitəçilər” bu uğuru “wild card”la qatıldığı Çempionlar Liqasında davam etdirməyə çalışacaqlar. Voleybolçularımız səfərdən qələbə ilə dönəcəkləri halda, 12-ci dəfə meydandan sevinclə ayrılacaqlar.
“Dördlər finalı”na kimi irəliləməyi planlaşdıran “Rabitə”nin bu mövsüm də inamlı çıxış edəcəyini proqnozlaşdırmaq olar. Heyətində dünyanın sayılıb-seçilən voleybolçularının cəmləşdiyini nəzərə alsaq, bu çətin deyil. Çünki son mövsümdə CEV kubokunda III yer uğrunda “Uraloçka”ya qalib gələn “Rabitə” bu dəfə Çempionlar Liqasının finalında da eyni uğuru təkrarlamaq gücündədir.
Qeyd edək ki, “Dinamo-Romprest” - “Rabitə” matçı saat 19:00-da start götürəcək. Paytaxt klubunun indiyə kimi rumınlara qarşı oynamaması da maraq doğuran məqamlardandır.
Tahir HÜMMƏTOV

| O | Q | M |
CEV kuboku | 10 | 5 | 5 |
“Çelenc Cup” | 12 | 6 | 6 |
CƏMİ | 22 | 11 | 11 |
Tahir HÜMMƏTOV
0
0