“Azərbaycan çempionu ilə görüşə yüksək əhval-ruhiyyədə çıxacağıq”
24.11.2010 - 10:56
“Azərbaycan çempionu ilə görüşə yüksək əhval-ruhiyyədə çıxacağıq”
“Çempionlar Liqasında oynamaq hər bir voleybolçu üçün xoşbəxtlikdir. Biz də çalışacağıq ki, əlimizə düşən şansdan maksimum yararlanaq”. Apasport.az saytının məlumatına görə, bu sözlər Çempionlar Liqasının qrup mərhələsində “Rabitə”nin rəqibi Rumıniyanın “Dinamo-Romprest” klubunun kapitanı Alida Markoviciyə məxsusdur.

O bildirib ki, çətin qrupda yer alsalar da, Azərbaycan çempionu ilə oyunda qələbəyə ümid edirlər: “Güclü qrupda yer almışıq. Amma buna baxmayaraq, inamlı oyuna ümid edirik. Xüsusilə, birinci matçda Azərbaycan çempionu ilə qarşılaşmaya yüksək əhval-ruhiyyədə çıxacağıq. Əsası odur ki, azarkeşlərimiz bizə inansınlar. Belə olduqda qələbə qazanmaq da asanlaşır. Heyətimiz də kifayət qədər güclənib. Komandamızda inkişaf var və bunu meydanda sübut etməyə çalışacağıq”.

Qeyd edək ki, “Dinamo-Romprest” - “Rabitə” görüşü bu gün olacaq.
0