Natalya Məmmədovanı qabaqlayan tapıldı
25.11.2010 - 12:24
Çempionlar Liqasının qrup mərhələsində “Dinamo-Romprest” - “Rabitə” görüşündə ən çox xal toplayan voleybolçular müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın ən məhsuldar oyunçusu komandamızın legioneri Kimberli Qlass olub. Amerikalı “Rabitə”nin aktivinə 15 xal yazdırıb.
Həmişə bombardir görməyə adət etdiyimiz yığmamızın lideri Natalya Məmmədova bu dəfə 10 xal toplayıb. “Rabitə” digər üzvləri – Nataşa Krsmanoviç, Olqa Ativi, Mira Qoluboviç hərəyə 9, Sanja Staroviç 3, Nigar Vəliyeva və Diana Nenova isə hərəyə 1 dəfə rəqibi məyus ediblər.
“Dinamo-Romprest”in voleybolçularından komandanın kapitanı Alida Markovici ən yaxşı adına sahib olub. O, Azərbaycan çempionundan 13 xal almağı bacarıb.
Qeyd edək ki, “Dinamo-Romprest” - “Rabitə” qarşılaşması təmsilçilərimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

0
0