Debütant çətin, “Azərreyl” və “Rabitə” asan qələbə qazandı
29.11.2010 - 21:54
Bu gün voleybolçu qadınlar arasında növbəti Azərbaycan çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, 7 aylıq fasilədən sonra Super Liqada ilk dəfə 6 komanda mübarizəyə qoşulub.
Turun ilk matçında “Bakı” son ili titulsuz başa vuran “Azərreyl”lə qarşılaşıb. Matça fəal başlayan “dəmiryoçular” rusiyalı mütəxəssis Mixail Omelçenkonun Azərbaycan çempionatında siftəsini “kor” ediblər. Vüqar Əliyevin yetirmələrinin üstünlüyü ilə keçən görüşdə “Bakı” 0:3 hesabı ilə məğlub olub.
Günün II qarşılaşmasında heyətinin əsası yeni voleybolçulardan qurulan “İqtisadçı” “Rabitə”ni sınağa çəkib. Oyunun gərgin mübarizə şəraitində keçəcəyi gözlənilsə də, universitet komandası yalnız II hissədə rəqibinə müqavimət göstərib. Lakin onlar son Azərbaycan çempionunu 1 set də olsun belə məğlub edə bilməyiblər. Super Liqanın qızıl və bürünc mükafatçılarının duelində ötən mövsüm olduğu kimi bu dəfə də “Rabitə” qalib ayrılıb.
Super Liqa
I tur
“Bakı” – “Azərreyl” - 0:3 (19:25, 21:25, 16:25)
I set
İlk set Azərbaycanın ən titullu komandası üçün çətin keçib. II texniki fasiləyə kimi hesabda irəlidə olan Vüqar Əliyevin yetirmələri sonradan “Bakı”nın ciddi müqaviməti ilə üzləşsə də, sonda təcrübə öz sözünü deyib. Müdafiədə daha diqqətli oynayan “Azərreyl” yenidən təşəbbüsə yiyələnərək I hissəni öz hesablarına yazıb.
II set
Rusiya yığmasının sabiq məşqçisi Mixael Omelçenkonun taktiki gedişləri bu hissədə də öz bəhrəsini verməyib. Əsas heyətdə legionerlərə güvənən “Bakı” setin əvvəllərində başabaş oynasa da, bunu məntiqi sonluqla bitirə bilməyib və 21:25 hesabı ilə uduzub.
III set
Əvvəlki 2 hissədə rəqibinə ciddi müqavimət göstərən “Bakı” son setdə çətin vəziyyətə düşüb. Bundan məharətlə istifadə edən “dəmiryolçular” isə onlara rəhm etməyiblər. Setin ilk dəqiqələrində üstünlüyü 8 topa (11:3) çatdıran “Azərreyl” sonda rəqibinə 9 top fərqi ilə qalib gəlib. Nəticədə son mövsümü 4-cü yerdə başa vuran “dəmiryolçular” Super Liqaya “quru hesablı” qələbə ilə başlayıblar.
-------------------------------------------------------------
“İqtisadçı” – “Rabitə” - 0:3 (14:25, 27:29,19:25)
I set
Turun mərkəzi oyunu son Azərbaycan çempionunun üstünlüyü şəraitində start götürüb. Hücumda gözəl oyun nümayiş etdirən “Rabitə” “İqtisadçı”nın müdafiə xəttinə çətin anlar yaşadıb. Hissənin gedişində 10 top (22:12) irəlidə olan Dejan Brdjoviçin yetirmələri sonda rəqiblərini məğlub etməkdə çətinlik çəkməyiblər.
II set
Bu hissədə “İqtisadçı” öz oyununu tapıb. Tam heyətlə ilk dəfə mübarizə aparan Super Liqanın bürünc mükafatçısı birinci setlə müqayisədə rəqibinə ciddi müqavimət göstərsə belə, sonda sevinən tərəf “Rabitə” olub. Xala-xal prinsipi ilə davam edən hissədə Rəşad Yazıçıoğullarının komandası 27:29 hesabı ilə uduzub.
III set
İlk 2 hissədə bütün gücünü ortaya qoyan “İqtisadçı” son setdə yenidən zəif oyun nümayiş etdirib. Fiziki cəhətdən “çatdırmayan” komanda bütün mövqelərdə “Rabitə”yə uduzub. Nəticədə onların oyunda dönüş yaratmaq istəyi baş tutmayıb və 2 əcnəbi baş məşqçinin duelindən Dejan Brdjoviç qalib ayrılıb.
“Şahdağ-Şirvan” - “Lokomotiv” - 3:2 (18:25; 25:21; 26:28; 26:24; 15:13)
Günün son matçında debütant “Şahdağ-Şirvan” “Lokomotiv”lə qarşılaşıb. Bu qarşılaşmada “Lokomotiv”in qələbəsi gözlənilsə də, Adnan Kstakın komandası sevinən tərəf olub. Debütant oyunu çətin qələbə ilə başa vurub – 3:2

0
0