6 ölkənin voleybolçusu Bakıda birləşdi - FOTO
29.11.2010 - 13:11
6 ölkənin voleybolçusu Bakıda birləşdi - FOTO
Ölkəmizi “Çelenc Cup”da təmsil edəcək “Lokomotiv” klubu sifariş ərizəsini Avropa Voleybol Konfederasiyasına göndərib. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı yarışın II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq paytaxt təmsilçisi siyahıya 16 voleybolçunun adını daxil edib.

6 ölkə təmsilçisinin çıxış edəcəyi komandada üstünlük həmyerlilərimizin tərəfindədir - 7 nəfər. Bundan sonra isə “Lokomotiv”də amerikalılar və bolqarıstanlılar çoxluq təşkil edirlər.

Qeyd edək ki, “dəmiryoçular” II təsnifat mərhələsində Rusiyanın “Omiçka” komandası ilə qarşılaşacaqlar. Klublar arasında ilk qarşılaşma dekabrın 9-da səfərdə, cavab görüşü isə dekabrın 15-də Bakıda keçiriləcək.

“Lokomotiv”in heyəti
Ayşən Abduləzimova, Lalə Bağıyeva, Anita Bredis, Şafaqət Həbibova, Kseniya Kovalenko, Oksana Məmmədyarova, Yelena Parxomeno (hamısı Azərbaycan), Nikol Devis, Nansi Metkalf, Kristin Riçards, Culia Rubenşteyn (hamısı ABŞ), Mariya Filipova, Kremena Kamenova (hər ikisi Bolqarıstan), Yelena Keldibekova (Peru), Aleksandra Samoylova (Rusiya), Monika Smak (Slovakiya).
0