Azərbaycan çempionu üçün türk və avstriyalı
30.11.2010 - 11:45
Azərbaycan çempionu üçün türk və avstriyalı
Voleybol üzrə qadınlar arasında Çempionlar Liqasının II turunu idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası dekabrın 2-də Bakıda keçiriləcək “Rabitə” – “Skavolini” görüşündə ədaləti qorumağı türkiyəli Mətin Ersin Altıparmaka tapşırıb. Ona köməkçi kimi isə Eugen Kulhanek (Austriya) təyin edilib.
Qeyd edək ki, “Rabitə” – “Skavolini” matçı saat 17:00-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində start götürəcək.
0