Hollandiya yığmasının üzvü Azərbaycan çempionuna meydan oxudu
30.11.2010 - 15:43
“İlk oyunda müəyyən problemlərimiz oldu. Lakin buna baxmayaraq, “Aluprof”la qarşılaşmanı qələbə ilə başa vura bildik”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliyanın “Skavolini” klubunun voleybolçusu Manon Flier deyib.
Dekabrın 2-də Apennin təmsilçisi Çempionlar Liqasının II turu çərçivəsində “Rabitə”nin qonağı olacaq. Görüşə ciddi hazırlaşan “Skavolini”nin hollandiyalı üzvü Bakıda da qələbə üçün oynayacaqlarını bildirib: “Güclü heyətə malikik. Lakin bir-birimizi daha yaxşı başa düşmək üçün zamana ehtiyacımız var. İnanıram ki, ilk oyunda buraxdığımız səhvlər “Rabitə” ilə görüşdə təkrarlanmayacaq. Bakıdan qələbə ilə qayıtmağa çalışacağıq”.
Hollandiya yığmasının heyətində 276 oyunda meydana çıxan Flier “Aluprof”la qarşılaşmada komandasının ən yaxşısı olub. Həmin matçda “Skavolini”yə 16 xal qazandıran voleybolçu Azərbaycan çempionu ilə də oyunda fərqlənmək istəyir: “Bütün oyunlarda şəxsi göstəricidən komandanın uğurunu üstün tutaram. Lakin mən də öz növbəmdə üzərimə düşəcək vəzifənin öhdəsindən gəlməyə çalışacağam. Bunun üçün var gücümü ortaya qoyacağam”.
Qeyd edək ki, 192 sm boya malik Flier 2007-ci ildə dünya Qran-Prisinin, 2 il sonra Avropa çempionatının ən yaxşı voleybolçusu olub. O, həmin illərdə Hollandiya yığması ilə əvvəl qızıl, ardından gümüş medala sahib olub. Klub karyerasında isə “Çelenc Cup” turnirinin birincisi adını qazanıb.

0
0