“Aluprof” qrupda ilk qələbəsini qazanıb, “Rabitə”ni gözləyir
01.12.2010 - 10:15
“Aluprof” qrupda ilk qələbəsini qazanıb, “Rabitə”ni gözləyir
Voleybol üzrə qadınlar arasında Çempionlar Liqasının II turunun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində “Rabitə” ilə eyni qrupda yer alan “Aluprof” (Polşa) və “Dinamo-Romprest” (Rumıniya) üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada ev sahibləri tay-brekdə qələbə qazanaraq, xallarının sayını 3-ə çatdırıblar. I görüşdə “Rabitə”yə məğlub olan “Dinamo-Romprest” isə növbəti xal itkisi ilə barışıb.
Qeyd edək ki, Azərbaycan çempionu II görüşünü sabah “Skavolini”yə (İtaliya) qarşı keçirəcək. Voleybolçularımız ilk dövrənin son turunda isə Polşada “Aluprof”la qüvvələrini sınayacaqlar.

Çempionlar Liqası
II tur

B qrupu
ZOK SPLİT 1700 (Xorvatiya) - “Fənərbaxça” (Türkiyə) – 0:3 (16:25, 15:25, 13:25)

D qrupu
“MC-Karnagi” (İtaliya) - “Modranska” (Çexiya) – 3:0 (25:19, 25:23, 28:26)
“Kann” (Fransa) - “Lodz” (Polşa) – 3:0 (25:12, 25:22, 26:24)

E qrupu
“Aluprof” (Polşa) - “Dinamo-Romprest” (Rumıniya) - 3:2 (24:26, 25:19, 34:36, 25:16, 15:7)
0