Yığmamız dekabrın 3-də İsveçrə ilə oynayacaq
01.12.2010 - 12:38
Dekabrın 3-də həndbol üzrə dünya çempionatının seçmə mərhələsi start götürəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının yer aldığı II qrupun təqvimi müəyyənləşib.
Belə ki, Yunanıstanın Drama şəhərində baş tutacaq ilk görüşdə İsveçrə milli komandasını sınağa çəkəcək Rəfiqə Şabanovanın yetirmələri bir gün sonra Makedoniya ilə qarşılaşacaqlar. Komandamız axırıncı görüşündə - dekabrın 5-də ev sahibləri ilə münasibətlərinə aydınlıq gətirəcək.
Növbəti mərhələyə yüksəlmək üçün həndbolçularımız qrup lideri olmalıdır.
Qeyd edək ki, dünya çempionatının final mərhələsi 2011-ci il dekabrın 3-16-da Braziliyada baş tutacaq.

0
0