“Ən yaxşı oyunumuzu Bakıda göstərmək arzusundayıq” - FOTO
02.12.2010 - 15:00
“Ən yaxşı oyunumuzu Bakıda göstərmək arzusundayıq”  - FOTO
“Rabitə”nin güclü heyəti var. Bunun üçün bizi çox çətin və gərgin oyun gözlədiyini hiss edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Skavolini” voleybol klubunun baş məşqçisi Paolo Tofoli deyib.

Bu gün Azərbaycan çempionu “Rabitə” İtaliya nəhəngini sınağa çəkəcək. Çempionlar Liqasının 2006/2007-ci illər mövsümündə “Azərreyl”i hər 2 matçda məğlub edən Pesaro təmsilçisinin yeni baş məşqçisi ehtiyatlı danışıb. İtaliya yığmasının heyətində 2 qat dünya və 1 dəfə Avropa çempionu olan mütəxəssis Bakıya 1 voleybolçunun zədə səbəbindən gələ bilməməsini böyük faciə kimi dəyərləndirib: “Belə çətin oyuna Huker Destini Dantesiz çıxacağıq. Amerikalı legioner zədə səbəbindən bizə qoşula bilmədi. Yəni heyətimiz tam deyil. Amma buna baxmayaraq, ən yaxşı oyunumuzu Bakıda göstərmək arzusundayıq. Bu çox vacibdir. Burada qələbə qazanmaq istəyirik”.

Qeyd edək ki, Tofoli voleybolçu kimi, həmçinin Atalanta-1996, Afina-2004-ün gümüş, Sidney-2000-in bürünc mükafatını qazanıb.
0