Françeska Ferretti: Bizi Bakıda çox sərt oyun gözləyir
02.12.2010 - 15:52
Françeska Ferretti: Bizi Bakıda çox sərt oyun gözləyir
“Bizi Bakıda çox sərt oyun gözləyir. Azərbaycan çempionu güclü və təcrübəli voleybolçulardan təşkil edilib”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Skavolini” voleybol komandasının kapitanı Françeska Ferretti deyib.

İtaliya yığmasının da şərəfini qoruyan 26 yaşlı toppaylayıcı bu gün baş tutacaq “Rabitə” - “Skavolini” görüşünə münasibət bildirib: “Rəqibin heyətində Natalya Məmmədova və Kimberli Qlass kimi möhtəşəm voleybolçular yer alıblar. Onlarla rəqabət çətin olacaq. Amma başqa yolumuz yoxdur. Yalnız qələbə qazanmaq üçün çalışacağıq”.
0