6-cı cəhddə yubiley qələbəsinə doğru - STATİSTİKA
03.12.2010 - 00:01
6-cı cəhddə yubiley qələbəsinə doğru - STATİSTİKA
Həndbolçu qadınlardan ibarət Azərbaycan yığması bu gün dünya çempionatının seçmə mərhələsində mübarizəyə başlayır. Apasport.az saytının hesablamalarına görə, bu, 1997-ci ildən analoji yarışda debüt edən millimizin 6-cı cəhdi olacaq.

Komandamız bundan öncə seçmə mərhələdə 5 dəfə qüvvəsini sınayıb ki, bu dövrdə də həndbolçularımız 26 oyunda (pley-off mərhələsi də nəzərə alınmaqla) nəyə qadir olduqlarını nümayiş etdiriblər. Bu görüşlərin 9-da qələbə qazanmağı bacaran ölkəmizin bir nömrəli komandası yalnız DÇ-2005-də qrup səddini aşıb. Lakin burada Avstriya ilə üz-üzə gələn həmyerlilərimiz final mərhələsinə vəsiqə qazana bilməyiblər.

İndiyədək seçmə mərhələlərdə yığmamız ən çox xalı DÇ-2009-da toplayıb: ümumilikdə 19 xal yığan həndbolçularımız bunun 8-ini son yarışda qazanıblar.

Topların fərqinə gəldikdə, milli komandamızın burada da vəziyyəti ürəkaçan deyil. 26 oyunda 762 top buraxan təmsilçilərimiz bunlardan 642-sinin əvəzini çıxmağı bacarıblar.

Xatırladaq ki, dekabrın 3-5-də keçiriləcək DÇ-2011-in seçmə mərhələsində II qrupda yer alan yığmamız İsveçrə, Makedoniya və Yunanıstanla qüvvəsini sınayacaq.

Həndbolçularımızın dünya çempionatının seçmə mərhələsində oyunları

O

Q

H

M

T

X

Qrupda yeri (komandaların sayı)

1997

4

0

0

4

77-110

0

3 (3)

2003

6

1

0

5

148-203

2

4 (4)

2005

5

3

1

1

132-109

7

2 (6)

2007

4

1

0

3

101-128

2

4 (5)

2009

5

4

0

1

137-142

8

2 (6)

CƏMİ

24

9

1

14

595-692

19

 



Qeyd: Həndbolçularımız 2005-ci ildə pley-off mərhələsində oynayıb və 2 oyunun nəticəsinə görə 47:70 (28:32, 19:38) hesabı ilə uduzub.

Tahir HÜMMƏTOV
0