Paolo Tofoli: İtaliyada “Rabitə”dən bu qələbənin qisasını almağa çalışacağıq
03.12.2010 - 10:08
“Rabitə” möhtəşəm bir klubdur. Onlarla oynamaq heç də asan deyil. Heyətlərində dünyanın ən güclülərindən hesab olunan Natalya Məmmədova, Kimberli Qlass və Sanya Staroviç kimi voleybolçuları var”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliyanın “Skavolini” komandasının baş məşqçisi Paolo Tofoli deyib.
Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Rabitə”yə uduzan Pesaro təmsilçisinin təcrübəli çalışdırıcısı bildirib ki, bu məğlubiyyətin qisasını almağa çalışacaqlar. Tofolinin sözlərinə görə, Azərbaycan çempionu ilə İtaliyada tam heyətlə oynayacaqlarından qələbə qazanmaq elə də çətin olmayacaq: “Biz “Rabitə”dən fərqli, tam heyətlə mübarizə aparmadıq. Əgər “Skavolini”nin amerikalı ulduzu Huker Destini Dante Bakıya gəlsə idi, görüşün nəticəsi fərqli olardı. Buna baxmayaraq, Azərbaycan çempionu möhtəşəm oyun nümayiş etdirdi. Onlar bir-birini çox gözəl başa düşürdülər. Cavab görüşündə bizi yalnız qələbə təmin edəcək. İtaliyada “Rabitə”dən bu qələbənin qisasını almağa çalışacağıq”.
Qeyd edək ki, “Rabitə” “Skavolini”yə 3:1 hesabı ilə qalib gələrək qrupun vahid liderinə çevrilib.

0
0