Məmmədova, Staroviç və Flier
03.12.2010 - 12:15
Məmmədova, Staroviç və Flier
Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Rabitə” – “Skavolini” görüşünün ən yaxşıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun 3:1 hesabı ilə qalib gəldiyi görüşdə paytaxt klubunun heyətində ən çox xalı Natalya Məmmədova və Sanya Staroviç toplayıblar.

Onların hərəsi “rabitəçilərə” 18 qazandırıblar. Dejan Brdjoviçin digər yetirmələrindən Olqa Ativi 14, Mira Qoluboviç 12, Nataşa Krsmanoviç 11, Qlass Kimberli 4 və Diana Nenova 2 dəqiq zərbəsi ilə fərqlənib.

“Skavolini”nin voleybolçularında Manon Flier daha sərrast olub. Rəqibin hollandiyalı legioneri 101 dəqiqə davam edən görüşün ən çox xalını toplayıb – 24.

Xatırladaq ki, “Dinamo-Romprest” qarşılaşmasında “Rabitə”nin ən güclüsü 15 xal qazanan Kimberli Qlass olmuşdu.
0