Azərbaycan - İtaliya görüşünün vaxtı dəqiqləşdi
04.12.2010 - 10:44
Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində mübarizə aparacaq Azərbaycan yığmasının oyunlarının təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, B qrupunda yer alan Faiq Qarayevin yetirmələri 2011-ci il sentyabrın 23-də ilk görüşlərini Türkiyə millisinə qarşı keçirəcəklər.
Ertəsi gün sonra dünya çempionu İtaliyanın müqavimətini qırmağa çalışacaq voleybolçularımız sentyabrın 25-də Xorvatiya yığması ilə münasibətlərinə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi gələn il sentyabrın 23-də start götürəcək və oktyabrın 2-də yekunlaşacaq. Serbiya və İtaliyanın ev sahibliyi edəcək qitənin ən mötəbər yarışında Azərbaycan voleybolçularının yer aldığı B qrupunun oyunları Monse şəhərində keçiriləcək.
B qrupunun tam təqvimi
23 sentyabr
20:30. Türkiyə - Azərbaycan
23:30. Xorvatiya – İtaliya
24 sentyabr
20:30. Xorvatiya – Türkiyə
23:30. İtaliya – Azərbaycan
25 sentyabr
20:30. Azərbaycan – Xorvatiya
23:30. İtaliya – Türkiyə

0
0