Yığmamızın üzvü İsveçrəyə 7 top vurdu
04.12.2010 - 10:55
Yunanıstanın Drama şəhərində həndbolçu qadınlar arasında keçirilən dünya çempionatında I turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan Azərbaycan yığması ilk görüşünü İsveçrə millisinə qarşı keçirib.
Rəfiqə Şabanovanın yetirmələri birinci hissədən sonra 11:13 hesabı ilə geridə olsalar da, sonda qarşılaşmadan 1 xalla ayrılmağı bacarıblar. Görüş 29:29 hesabı ilə yekunlaşıb. Komandamızın heyətində Yulya Deryabina daha məhsuldar olub. O, rəqib qapısından 7 top keçirib.
Qrupun digər matçında isə Makedoniya yığması Yunanıstan həndbolçularına 27:21 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, komandamız bu gün makedoniyalı həmkarlarını sınağa çəkəcəklər.

0
0