“Azərbaycan çempionundan qisas almaq istəyirik”
04.12.2010 - 13:41
“Azərbaycan çempionundan qisas almaq istəyirik”
“Bizi ağır oyun gözləyir. Lakin oyuna yalnız qələbə üçün çıxacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Azərreyl” voleybol klubunun baş məşqçisi Vüqar Əliyev deyib.
Sabah Super Liqanın II turunun oyunları keçiriləcək. Turun mərkəzi qarşılaşması “Azərreyl” və “Rabitə” arasında olacaq. Son mövsümdə uğur qazana bilməyən və Bakıda keçirilən beynəlxalq turnirdə Azərbaycan çempionuna 0:3 hesabı ilə uduzan “dəmiryolçular”ın baş məşqçisi bu dəfə rəqibi büdrədəcəklərinə inanır: “Rəqibimiz çox güclüdür. Çempionlar Liqasının son qarşılaşmasında onların oyununu bir daha izlədim. Əla komanda formalaşdırıblar. Heyətləri dünya və Avropa çempionatında oynamış təcrübəli voleybolçulardan qurulub. Demək olar ki, zəif nöqtələri yoxdur. Lakin məğlubedilməz deyillər. Onları topu oyuna dəqiq daxil etmək və blokda inamlı oyunla məğlub etmək fikrindəyik. Qələbə qazanmaqla ötən ay beynəlxalq turnirdəki məğlubiyyətimizin qisasını da almaq istəyirik. Başqa cür ola da bilməz”.
Qeyd edək ki, “Azərreyl” – “Rabitə” oyunu sabah saat 18:00-da start götürəcək.
0