Çempionumuz 3 legioneri heyətdən uzaqlaşdırdı
04.12.2010 - 14:28
Çempionumuz 3 legioneri heyətdən uzaqlaşdırdı
Kişi voleybolçulardan ibarət “Azərneft” klubu legionerləri ilə vidalaşır. Bu barədə apasport.az saytına paytaxt komandasının prezidenti Nazim Allahverdiyev məlumat verib.

“Çelenc Cup” turnirinin I təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionun transfer etdiyi bolqarıstanlı Georgi Petrov, Vladimir Lobutov və rusiyalı Mixael Vuryenin gedişi dəqiqləşib. Allahverdiyevin sözlərinə görə, “Azərneft” heç bir yarışda iştirak etmədiyindən legionerlərin qalmasına ehtiyac yoxdur: “Biz bu voleybolçuları Avropa kubokunda heyətimizi gücləndirmək üçün dəvət etmişdik. Lakin burada çıxışımızı dayandırdığımızdan əcnəbilərin klubda qalmasına ehtiyac yoxdur. Onlarla qısa müddətli müqavilə imzalamamışdıq ki, bu da başa çatır. Legionerlər artıq sabah öz vətənlərinə dönəcəklər. Çünki hələ Azərbaycan çempionatının başlamasına da müəyyən müddət qalıb”.

Xatırladaq ki, “Azərneft” “Çelenc Cup” turnirinin I təsnifat mərhələsində Serbiyanın “Partizan” klubuna uduzmuşdu.
0