Azərbaycan çempionu üçün almaniyalı
07.12.2010 - 10:54
Azərbaycan çempionu üçün almaniyalı
Qadın voleybolçular arasında Çempionlar Liqasının III turunu idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası dekabrın 9-da keçiriləcək “Aluprof” – “Rabitə” görüşünü almaniyalı Volker Sçiemenzə həvalə edib. Qarşılaşmada II hakim funksiyasını isə belçikalı Vim Kambre yerinə yetirəcək.
Qeyd edək ki, Polşada baş tutacaq oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
0