Türkiyə yığmasının baş məşqçisi istefaya göndərildi
08.12.2010 - 10:48
Türkiyə yığmasının baş məşqçisi istefaya göndərildi
Türkiyənin voleybol üzrə qadınlardan ibarət milli komandasının baş məşqçisi Mehmət Bedestinlioğlu gözlənilmədən istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, bu barədə qərar Türkiyə Voleybol Federasiyasının İdarə Heyətinin iclasında qəbul olunub.

Avro-2011-nin final mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan “ay-ulduzlular”ın yeni çalışdırıcısının adı isə yaxın günlərdə müəyyənləşəcək.

Qeyd edək ki, Bedestinlioğlu baş məşqçi postuna avqustun 3-də gətirilmişdi və komanda onun rəhbərliyi altında yalnız dünya çempionatında qüvvəsini sınayıb.
0