“Vəhşi pişiklər”lə asan oyun
08.12.2010 - 17:03
“Vəhşi pişiklər”lə asan oyun
“İqtisadçı” voleybol klubu “Çelenc Cup” turnirində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Rəşad Yazıçıoğullarının yetirmələri II təsnifat mərhələsinin ilk matçında Avstriyanın “Sparkasse” komandasına heç bir şans verməyiblər.

İlk hissədə “Vəhşi pişiklər”ə 10 xal verən universitet komandası, II setdə cəmi 4 xal güzəştə gediblər. Bundan sonra bir qədər arxayınlaşan “İqtisadçı” son hissəni 25:11 hesabı ilə aktivinə yazıb.

Quru hesabla qələbə qazanan voleybolçularımız səfərə rahat yollana bilərlər. Komandamız cavab görüşünə 1 həftə sonra çıxacaq.

“İqtisadçı” - “Sparkasse” - 3:0 (25:10, 25:4, 25:11)
Hakimlər: Monika Ujhazi (Macarıstan), Maksim Berdnikov (Rusiya).
“Sərhədçi” Olimpiya Mərkəzi.
0