Rusların 4-cü klubuna qarşı 4-cü qələbə üçün - STATİSTİKA
08.12.2010 - 13:25
Voleybol üzrə Azərbaycan Super Liqasının gümüş mükafatçısı “Lokomotiv” sabah “Çelenc Cup”da mübarizəyə başlayacaq. Apasport.az saytının məlumatına görə, II təsnifat mərhələsində paytaxt klubu Rusiyanın “Omiçka” komandasının qonağı olacaq.
Omsk şəhərində keçiriləcək qarşılaşmada Aleksandr Çervyakovun yetirmələrini çətin oyun gözləyir. Super Liqada işləri heç də yaxşı getməyən “Lokomotiv” mövsümdə ilk qələbəsini beynəlxalq arenada qazanmaq arzusundadır. Ötən il də “Çelenc Cup”ın II təsnifat mərhələsindən mübarizə başlayan “dəmiryolçular” mərhələ adlamağı bacarmışdılar.
Lakin bu dəfə İsrail “Raanana”sı ilə Rusiya “Omiçka”sının gücünü eyniləşdirmək olmaz. Çünki Azərbaycan klublarının ruslarla oyunu heç uğurlu alınmır. İndiyə kimi şimal qonşularımızın rəsmi görüşlərdə 3 klubu ilə qarşılaşsaq da, nəticələr əleyhimizədir: 7 oyundan 4-də ruslar qələbəni bayram ediblər. Lakin sabah keçiriləcək oyunda “Lokomotiv” balansı bərabərləşdirməklə yanaşı, “Çelenc Cup” şəxsi göstəricisini də yaxşılaşdıra bilər. Çünki Aleksandr Çervyakovun yetirmələri ötən il debüt etdikləri analoji yarışda 3 qələbə qazandıqları halda, 3-də məğlub olublar.
Qeyd edək ki, “Omiçka” - “Lokomotiv” oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
“Lokomotiv”in Avropa kuboklarında oyunları
Çelenc Cup, 2009/2010
II təsnifat mərhələsi
2 dekabr, 2009
“Raanana” (İsrail) – “Lokomotiv” – 3:2 (14:25, 25:18, 26:24, 28:30, 15:10)
9 dekabr, 2009
“Lokomotiv” – “Raanana” - 3:0 (25:19, 25:17, 25:12)
1/16 final mərhələsi
5 yanvar, 2010
“İmpel Qvardiya” (Polşa) - “Lokomotiv” – 3:1 (25:14, 21:25, 25:23, 25:9)
12 yanvar, 2010
“Lokomotiv” – “İmpel Qvardiya” – 3:2 (25:27, 25:22, 22:25, 25:20, 15:11)
Azərbaycan və Rusiya klublarının oyunları
Top komandalar kuboku, 2001/2002
Qrup mərhələsi
19 dekabr, 2001
“Universitet” – “Azərreyl” – 1:3 (26:24, 19:25, 24:26, 15:25)
9 yanvar, 2002
“Azərreyl” – “Universitet” – 3:2 (29:31, 25:17, 22:25, 25:22, 15:6)
Çempionlar Liqası, 2002/2003
Qrup mərhələsi
18 dekabr, 2002
“Azərreyl” - “Uraloçka” – 2:3 (14:25, 20:25, 25:22, 25:20, 9:15)
8 yanvar, 2003
“Uraloçka” – “Azərreyl” – 3:0 (25:19, 25:16, 25:21)
Çempionlar Liqası, 2007/2008
Qrup mərhələsi
28 noyabr, 2007
“Zareçye-Odintsovo” – “Azərreyl” – 3:0 (25:5, 25:18, 25:8)
29 yanvar, 2008
“Azərreyl” – “Zareçye-Odintsovo” – 1:3 (25:22, 22:25, 15:25, 23:25)
CEV kuboku, 2009/2010
Üçüncü yer uğrunda
21 mart, 2010
“Rabitə” – “Uraloçka” – 3:1 (16:25, 25:12, 25:22, 25:16)
Tahir HÜMMƏTOV

| O | Q | M | S | X |
Azərreyl | 6 | 2 | 4 | 9-15 | 8 |
Rabitə | 1 | 1 | 0 | 3:1 | 2 |
CƏMİ | 7 | 3 | 4 | 12-16 | 10 |

0
0