Azərbaycan çempionu nəhsdən çıxa biləcəkmi?
08.12.2010 - 18:28
Azərbaycan çempionu nəhsdən çıxa biləcəkmi?
“Rabitə” voleybol klubu sabah Çempionlar Liqasının qrup mərhələsində III turun oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu səfərdə Polşanın “Aluprof” komandasını sınağa çəkəcək.

Bu qarşılaşma ilk 2 turda Rumıniyanın “Dinamo-Romprest” və İtaliyanın “Skavolini” komandasına qalib gələn Dejan Brdjoviçin yetirmələri üçün əlamətdar olacaq. Belə ki, 2007/2008-ci illər mövsümündən Avropa kuboklarında iştiraka başlayan paytaxt klubu beynəlxalq arenada 25-ci matçını keçirəcək. Bu oyunlardan 13-də qələbə qazanan “rabitəçilər”, 11-də məğlubiyyətlə barışıblar.

Qeyd edək ki, “Aluprof” - “Rabitə” matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Qrupumuzda digər görüş – “Skavolini” – “Dinamo-Romprest” qarşılaşması isə bu gün keçiriləcək.

“Rabitə”nin Avropa kuboklarında keçirdiyi oyunlar

 

O

Q

M

S

Çempionlar Liqası

2

2

0

6-1

CEV kuboku

10

5

5

21-18

Çelenc Cup

12

6

6

23-20

CƏMİ

24

13

11

50-39



Azərbaycan və Polşa klublarının keçirdikləri oyunlar

Top komandalar kuboku, 2001/2002
9 mart, 2002

Yarımfinal
“Bank Poçtovi” (Polşa) – “Azərreyl” – 0:3 (24:26, 17:25, 16:25)

Çempionlar Liqası, 2004/2005
Qrup mərhələsi

10 noyabr, 2004
“Kalisya Vinyari” (Polşa) - “Azərreyl” – 0:3 (18:25, 20:25, 22:25)

25 yanvar, 2005
“Azərreyl” – “Kalisya Vinyari” (Polşa) – 3:0 (25:23, 25:16, 25:19)

Çempionlar Liqası, 2005/2006
Qrup mərhələsi

8 dekabr, 2005
“Kalisya” (Polşa) - “Azərreyl” – 1:3 (18:25, 25:21, 22:25, 18:25)

15 dekabr, 2005
“Azərreyl” – “Kalisya” (Polşa) – 3:2 (24:26, 25:15, 23:25, 25:19, 17:15)

Çempionlar Liqası, 2007/2008
Qrup mərhələsi

11 dekabr, 2007
“Azərreyl” – “Vinyari” (Polşa) – 2:3 (25:23, 20:25, 18:25, 25:19, 8:15)

18 dekabr, 2007
“Vinyari” (Polşa) – “Azərreyl” – 3:1 (25:19, 25:17, 25:14, 25:15)

CEV kuboku, 2009/2010
1/16 final mərhələsi

1 dekabr, 2009
“İmpel Qvardiya” (Polşa) – “Rabitə” – 1:3 (20:25, 26:24, 15:25, 11:25)

10 dekabr, 2009
“Rabitə” – “İmpel Qvardiya” (Polşa) – 3:1 (25:15, 23:25, 25:15, 25:23)

Tahir HÜMMƏTOV
0