İtaliya klubu Azərbaycan çempionunu izləməkdə davam edir
09.12.2010 - 10:58
Qadın voleybolçular arasında Çempionlar Liqasının III turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Rabitə” ilə E qrupunda yer alan İtaliya “Skavolini”si Rumıniyanın “Dinamo-Romprest” klubunu qəbul edib.
Oyun gözlənildiyi kimi, Apennin təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Rəqibini “quru hesab”la (25:22, 25:19, 25:15) məğlub edən italiyalılar aktivinə 3 xal yazaraq, 5 xalla turnir cədvəlində yenidən II pilləyə yüksəliblər.
Xatırladaq ki, keçirdiyi hər 2 görüşdə qələbə qazanan “Rabitə” 6 xalla qrupun vahid lideridir. Super Liqanın qalibinin bu gün qarşılaşacağı “Aluprof” 3, “Dinamo-Romprest” isə 1 xala malikdir.

0
0