“Lokomotiv” tay-brekdə uduzdu
09.12.2010 - 19:41
“Çelenc Cup” turnirinin II təsnifat mərhələsindən mübarizəyə başlayan “Lokomotiv” bu gün ilk imtahanını verib. Apasport.az saytının məlumatına görə, Super Liqanın gümüş mükafatçısı Rusiyada “Omiçka” klubu ilə qarşılaşıb.
Ölkə çempionatında məğlubiyyətləri sıralayan Aleksandr Çervyakovun komandası mövsümün “qələbə orucunu” Rusiyada pozmağa yaxın olsa da, arzusunu reallaşdıra bilməyib. Belə ki, 3 hissədən sonra 2:1 hesabı ilə irəlidə olan “Lokomotiv” sonda üstünlüyü əldən verib. Növbəti 2 setdə qələbə qazanan “Omiçka” voleybolçuları görüşdə 3:2 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, “Lokomotiv” - “Omiçka” görüşü dekabrın 14-də təşkil ediləcək.
“Omiçka” - “Lokomotiv” - 3:2 (25:22, 20:25, 20:25, 25:21, 15:10)
Hakimlər: Yaroslav Svejda (Çexiya), Ognian Tankişev (Bolqarıstan).
V.Blinov adına İdman-Konsert Kompleksi.

- Voleybol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO
- Azərbaycanlı hakim voleybol üzrə Avropa çempionatına təyinat alıb
- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- Avropa çempionatının hakimləri açıqlanıb
0
0