Natalya Məmmədova bombardir oldu
10.12.2010 - 10:36
Natalya Məmmədova bombardir oldu
Çempionlar Liqasının III turu çərçivəsində “Aluprof” – “Rabitə” oyununun ən çox xal toplayan voleybolçularının adları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2:3 hesabı ilə uduzduğumuz görüşün bombardiri yığmamızın üzvü Natalya Məmmədova olub - 28 xal.

“Rabitə”nin digər voleybolçuları – Sanya Staroviç 19, Kemberli Qlass 15, Nataşa Krsmanoviç 9, Mira Qoluboviç 5, Olqa Ativi, İrina Jukova hərəyə 2 və Diana Nenova rəqibi 1 dəfə cəzalandırıblar.

“Aluprof”un heyətində isə Natalya Bamber və Yolanta Studzienna komanda yoldaşlarını qabaqlamağı bacarıb. Bu voleybolçuların hərəsi 18 dəqiq zərbə vurublar.

Qeyd edək ki, “Rabitə” - “Aluprof” qarşılaşması dekabrın 16-da Bakıda keçiriləcək.
0