Bombardir də narazıdır
10.12.2010 - 12:13
“Çox pis oynadıq”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə” voleybol klubunun kapitanı Natalya Məmmədova deyib.
Çempionlar Liqasının III turunda Polşanın “Aluprof” komandasına 2:3 hesabı ilə uduzan Super Liqanın qalibi bu matçın qisasını Bakıda almaq arzusundadır. Məmmədova bildirib ki, blokda və hücumda lazımı oyunu göstərə bilmədikləri üçün səfərdə xal itkisi ilə üzləşiblər: “Blokda uğursuz oynadıq. Bununla yanaşı, hücumda da yaxşı oyun göstərə bilmədik və səhvlərdən qaça bilmədik. Bu gün komandalar arasında fərq hiss olunurdu. “Aluprof”la görüş ən ağır oyunumuz oldu”.
Qeyd edək ki, polşalılarla qarşılaşmanın bombardiri olan Məmmədova komandasına 28 xal qazandırıb.

0
0