Kapitan təəssüfü
10.12.2010 - 12:22
Kapitan təəssüfü
“Özümüzü yaxşı tərəfdən göstərdik. Lazım olan qələbəni qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çempionlar Liqasının III turunda “Rabitə”yə 3:2 hesabı ilə qalib gələn “Aluprof” voleybol klubunun kapitanı Katajina Skorupa deyib.

Polşa təmsilçisi qrupda keçirdiyi 3 oyunun hamısında 5 set mübarizə aparıb. Bunların yalnız birində - “Skavolini”yə 2:3 hesabı ilə uduzan “Aluprof” digər ikisində qələbə qazanıb. Polşa yığmasının da şərəfini qoruyan 26 yaşlı voleybolçu bildirib ki, “Dinamo-Romprest”lə qarşılaşmada olduğu kimi qalib gəlsələr də, sonda 1 xal itiriblər: “IV setdə uduzmağımız pis oldu. Çox təəssüf ki, qələbə qazansaq da, aktivimizə 3 xal deyil, 2 xal yazdıq. Amma bu da turnir cədvəlində bu köməyimizə gələcək. Komandamız əzmkarlıq nümayiş etdirdi. Biz şadıq ki, “Rabitə”yə qarşı yaxşı oynadıq və çətin rəqibə qalib gəldik”.
0