“Rabitə” oynamadı, “Azərreyl” lider oldu
13.12.2010 - 10:35
“Rabitə” oynamadı, “Azərreyl” lider oldu
Qadın voleybolçular arasında Super Liqada III turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya Mərkəzində baş tutan qarşılaşmalarda sensasiya qeydə alınmayıb.
Turun ilk matçında “İqtisadçı” debütant “Bakı” üzərində inamlı qələbə qazanıb. Rəşad Yazıçıoğullarının yetirmələri rəqiblərini 3:1 hesabı ilə məğlub ediblər.
Son oyunda “Rabitə”yə uduzan “Azərreyl” isə heyfini gənclərdən qurulmuş “Şirvan”dan çıxıb. “Dəmiryolçular” qazandıqları qələbə sayəsində müvəqqəti olsa da, turnir cədvəlinin liderinə çevriliblər. Buna səbəb isə lider “Rabitə”nin “Lokomotiv”lə görüşünün təxirə salınması olub.

III tur
“İqtisadçı” – “Bakı” – 3:1 (25:21, 25:19, 18:25, 25:16)
“Azərreyl” – “Şirvan” - 3:0 (25:20, 25:12, 25:16)

1

Azərreyl

3

2

1

7-3

5

2

İqtisadçı

3

2

1

6-3

5

3

Rabitə

2

2

0

6-1

4

4

Bakı

3

1

2

3-6

4

5

Şirvan

3

1

2

3-8

4

6

Lokomotiv

2

0

2

2-6

2


0