“Azərreyl” üçün rumıniyalı
13.12.2010 - 12:25
“Çelenc Cup” turnirində II mərhələnin cavab oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Lokomotiv”in dekabrın 14-də Rusiyanın “Omiçka” klubu ilə keçirəcəyi qarşılaşmaya Alim Batyuk (Ukrayna) və Ovidiu İliesku (Rumıniya) təyinat alıblar.
Bu oyundan bir gün sonra Yunanıstanda baş tutacaq “Markopoulo” - “Azərreyl” görüşündə ədaləti qorumaq Şlomo Brutman (İsrail) və Lucian Vlada (Rumıniya) tapşırılıb. Dekabrın 15-də “İqtisadçı”nın səfərdə Avstriya “Sparkasse”si ilə matçında isə referi funksiyasını xorvatiyalı Bojan Bardiç və slovakiyalı Yure Stegnar yerinə yetirəcəklər.
Qeyd edək ki, II təsnifat mərhələsinin I oyununda “Azərreyl” və “İqtisadçı” rəqibinə 3:0 hesabı ilə qalib gəldiyi halda, “Lokomotiv” 2:3 hesabı uduzub.

0
0