“Azərbaycan çempionatının oyunları eyni şəhərdə keçirilir”
14.12.2010 - 00:44
“Azərbaycan çempionatının oyunları eyni şəhərdə keçirilir”
İtaliyanın “Skavolini” klubunun voleybolçusu Martina Quici karyerasını ölkəmizdə davam etdirməyə razıdır. Apasport.az saytının xəbərinə görə, Quici bildirib ki, Azərbaycanda oynaması mümkündür: “Niyə də imtina etməliyəm? Azərbaycan çempionatı çox rahatdır, bütün oyunlar eyni şəhərdə, eyni zalda keçirilir. Bu, həm voleybolçular, həm də azarkeşlər üçün çox yaxşıdır. Burda maaş da yaxşıdır. 7 ildir “Skavolini”də oynayıram. Niyə də komandamı dəyişməyim?”

Mənbə: azerivolley.com
0