Azərbaycan çempionu mövqeyini itirdi
15.12.2010 - 10:02
Qadın voleybolçular arasında Çempionlar Liqasının IV turuna start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Rabitə”nin yer aldığı E qrupunda “Dinamo-Romprest” (Rumıniya) “Skavolini”ni (İtaliya) qəbul edib.
Oyun gözlənildiyi kimi, italiyalı voleybolçuların aşkar üstünlüyü şəraitində keçib. Matçda ilk dəqiqələrdən təşəbbüsə yiyələnən “Skavolini” sonda “quru hesablı” qələbə qazanaraq, qrupda müvəqqəti də olsa I pilləyə yüksəlib.
İtaliyalılardan 1 oyun az keçirən “Rabitə” 4-cü qarşılaşmasını sabah keçirəcək. Komandamızın rəqibi Polşa “Aluprof”u olacaq.
IV tur
“Dinamo-Romprest” (Rumıniya) – “Skavolini” (İtaliya) - 0:3 (12:25, 20:25, 21:25)

Skavolini | 4 | 3 | 1 | 345-311 | 10-5 | 8 |
Rabitə | 3 | 2 | 1 | 275-254 | 8-4 | 7 |
Aluprof | 3 | 2 | 1 | 333-313 | 8-7 | 5 |
Dinamo-Romprest | 4 | 0 | 4 | 273-348 | 2-12 | 1 |
0
0