Helmut Voggenberger: Bakılıları keçmək asan deyil
15.12.2010 - 12:09
Helmut Voggenberger: Bakılıları keçmək asan deyil
“Bizi ilk matçla müqayisədə daha çətin oyun gözləyir. Çünki bu dəfə doğma divarlar arasında oynayacağımızdan voleybolçularımızda bir qədər həyəcan olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriyanın “Sparkasse” voleybol klubunun baş məşqçisi Helmut Voggenberger deyib.

Bu gün “Çelenc Cup” turnirində II təsnifat mərhələsinə yekun vurulacaq. İlk görüşdə Azərbaycan Super Liqasının bürünc mükafatçısı “İqtisadçı”ya 0:3 hesabı ilə uduzan “Sparkasse”nin baş məşqçisi bildirib ki, cavab qarşılaşmasında yaxşı oynamağa çalışacaqlar: “Bakı klubu ilə 1-ci görüşdən öncə onların güclü olduğu barədə məlumatım var idi. Lakin oyunda rəqibin mən fikirləşdiyimdən də möhtəşəm komanda olduğunu gördüm. Onların heyətində 12 legioner çıxış edir. Bunun üçün cavab oyunu barədə nə deyə bilərəm? Məncə, yerli azarkeşlər qarşısında yalnız gözəl oyun nümayiş etdirmək istəyirik. Çünki “İqtisadçı”nı keçmək asan deyil. Rəqib əla kollektiv formalaşdırıb”.
0