“Azərreyl” yunanların daşını-daş üstə qoymadı
15.12.2010 - 22:15
“Çelenc Cup” turnirində bu gün II mərhələnin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycanı yarışda təmsil edən “Azərreyl” Yunanıstanda “Markopoulo” komandasının qonağı olub.
Bakıda baş tutan görüşdə rəqibini 3:0 (25:20, 25:11, 25:14) hesabı ilə məğlub edən Vüqar Əliyevin yetirmələri səfərdə də asan qələbə qazanıblar. İlk setdə rəqibə cəmi 12 xal verən “Azərreyl” növbəti hissədə yunanların müqaviməti ilə qarşılaşıb. Ellada təmsilçiləri hesabı bərabərləşdirmək istəsə də, voleybolçularımız buna imkan verməyərək 25:20 hesabı ilə qələbə qazanıblar.
Üçüncü set isə sonuncu olub. Ev sahiblərini bu dəfə 25:15 hesabı ilə məğlub edən “Azərreyl” “Lokomotiv”dən sonra növbəti mərhələyə yüksələn ikinci Azərbaycan klubu olub.
“Markopoulo” – “Azərreyl” - 0:3 (12:25, 20:25, 15:25)
Hakimlər: Şlomo Brutman (İsrail), Lucian Vlad (Rumıniya)
Markopoulo Bələdiyyə Stadionu.

0
0