“İqtisadçı”dan asan qələbə - YENİLƏNİB
15.12.2010 - 22:37
Azərbaycan Super Liqasının bürünc mükafatçısı “İqtisadçı” bu gün “Çelenc Cup” turnirində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis Rəşad Yazıçıoğullarının çalışdırdığı komanda səfərdə Avstriyada “Sparkasse” ilə qarşılaşıb.
İlk görüşdə asan qələbə qazanan (3:0) universitet komandası cavab matçında da ciddi müqavimətlə üzləşməyib. Belə ki, rəqibi bütün mövqelərdə üstələyən voleybolçularımız Klagenfurt şəhərində möhtəşəm oyun nümayiş etdiriblər.
Komandamıza ilk seti qazanmaq üçün 17 dəqiqə vaxt lazım olub. Növbəti hissələrdə isə ev sahibləri təzyiqi artıraraq, dönüş yaratmaq arzusuna düşsələr də, “İqtisadçı” bunun həyata keçməsinə imkan verməyib. Onlar 2-ci qarşılaşmanı da “quru hesabla” başa vurublar.
Beləliklə, “Çelenc Cup”a 3 qadın komandası ilə qatılan Azərbaycan klublarının hamısı növbəti mərhələyə vəsiqə qazanıblar. “İqtisadçı”dan öncə bu nailiyyətə “Lokomotiv” və “Azərreyl” imza atıblar.
“Sparkasse” - “İqtisadçı”- 0:3 (9:25, 19:25, 22:25)
Hakimlər: Bojan Bardiç (Xorvatiya), Yure Stegnar (Sloveniya).
Klagenfurt İdman Sarayı.

0
0